Futzal üzrə Yüksək Liqada XIX turun oyunları keçirilib. SİA xəbər verir ki, lider "Araz-Naxçıvan" turnir cədvəlində ən yaxın izləyicisi olan "Neftçi" ilə üz-üzə gəlib.
Görüş "qırmızı-ağlar"ın 6:2 hesablı qələbəsi ilə başa çatıb. 19 turdan sonra xallarının sayını 49-a çatdıram naxçıvanlılar çempionluğu vaxtından əvvəl təmin ediblər.
Bununla da, komanda Azərbaycanı 2025/2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasında təmsil etmək hüququna yiyələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə