“Barselona” baş məşqçisi ilə yeni müqavilə imzalayıb

İspaniyanın "Barselona" klubu baş məşqçisi Hans-Diter Flik ilə yeni müqavilə imzalayıb.

SİA xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Alman mütəxəssislə 2026-cı ilin yayında başa çatacaq müqavilə daha bir il müddətinə uzadılıb.

Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin iyulundan "Barselona"nı çalışdırır. Komanda onun rəhbərliyi altında La Liqada turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə