Azərbaycan - Macarıstan matçının hakimləri açıqlanıb

Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb. SİA xəbər verir ki, qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Viktor Şimusikə bu işdə Sergey Kasavets və Anton Qusev köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını isə Cavid Cəlilov yerinə yetirəcək.

Qeyd edək ki, “Liv Bona Dea Arena”dakı görüş iyunun 10-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə