Dünya çempionatı: Türkiyə millisi turnirə heç-heçə ilə başlayıb

Bakıda mini-futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib. SİA xəbər verir ki, C qrupunda Türkiyə və Macarıstan yığmaları üz-üzə gəlib. Milli Gimnastika Arenasında reallaşan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu gün B qrupunda eyni məkanda təşkil olunan Çad və Fransa görüşündə isə ikincilər sevinən tərəf olublar – 0:1.

Qeyd edək ki, bu gün daha 5 matç baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə