“Makkabi Hayfa”nın və İsrail milli futbol komandasının yarımmüdafiəçisi Qadi Kinda 31 yaşında vəfat edib.
SİA-nın məlumatına görə, bu barədə 13tv xəbər verir. Səbəbinin sürətlə inkişaf edən onkoloji xəstəlik olduğu bildirilir.
Yarımmüdafiəçi mayın əvvəlində ağır vəziyyətdə Hayfa xəstəxanasına yerləşdirilmişdi.
Kinda sonuncu dəfə iki ay əvvəl, martın 29-da “Hapoel”lə matçda meydana çıxıb.
...Hazırda ürəyimiz Kinda ailəsi, həyat yoldaşı Liran və əziz qızları ilədir. Onun xatirəsi mübarək olsun.
Bunu Makkabi Haifa baş direktoru Itzik Ovadia deyib.
Kinda Efiopiyada anadan olub və üç yaşında ailəsi ilə birlikdə İsrailə köçüb.
Yarımmüdafiəçi 2021-ci ildə millidə debüt edib, millinin heyətində on oyunda iki qol vurub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə