Azərbaycanın aerobika gimnastları Fransanın Tuluza şəhərində keçirilən beynəlxalq turnirdə medallar qazanıblar. Bu barədə SİA-ya Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qarışıq cütlərin proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.800 xal toplayaraq qızıl medala yiyələniblər.
Böyüklərdən ibarət qrup - Mədinə Mustafayeva, Vladimir Dolmatov, Sara Əlixanlı, Dilarə Qurbanova və Xədicə Quliyeva 15.118 xalla ikinci yeri tutaraq gümüş medala sahib çıxıblar.
Gənclər kateqoriyasında çıxış edən üçlük - Evelina Kozlovskaya, Fidan İbrahimova və Leyla Əhmədova 16.250 xalla bürünc medal əldə ediblər.
Böyüklərdən ibarət üçlük - Dilarə Qurbanova, Leyla Bejanova və Arzu Ağayeva isə 17.413 xalla turnirin bürünc mükafatçısı olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə