Misli Premyer Liqasında XXXV tura start verilib.
SİA xəbər verir ki, “Turan Tovuz” səfərdə “Sumqayıt”ı (1:0), “Araz – Naxçıvan” isə “Şamaxı”nı (1:0) məğlub edib.
“Zirə” – “Sabah” matçı isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Naxçıvan klubu qələbə sayəsində xallarını 58-ə çatdırıb və üçüncü yeri təmin edib. Komanda növbəti il ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə