İspaniya La Liqasında 2024-2025-ci illər mövsümünün çempionu bəlli olub. SİA xəbər verir ki, otuz altıncı turda səfərdə "Espanyol"u məğlub edən (2:0) "Barselona" sona iki tur qalmış çempionluğu təmin edib.
Qolları Lamin Yamal və Fermin Lopez vurublar.
Beləliklə, Kataloniya klubu ikinci yerdə olan əzəli rəqibi "Real Madrid"i 7 xal qabaqlayaraq qızıl medallara sahib çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə