Ötən həftə Almaniyanın Leyptsiq şəhərində keçirilən Beynəlxalq Karate Federasiyasının (IFK) “kyokuşin” karate növü üzrə 7-ci dünya çempionatında Azərbaycan nümayəndəsi Səlahət Həsənov 80 kiloqram çəki dərəcəsində birinci yeri qazanaraq yenidən dünya çempionu olub.
SİA-nın məlumatına görə, çempionatda 30 ölkədən 1500-ə yaxın peşəkar idmançı iştirak edib.
Səlahət Həsənov karate idman növünün ən sərt və çətin “kyokuşinkay” üslubu üzrə Azərbaycana dünya çempionu adını ilk dəfə qazandıran hələ ki, qazandıran idmançımızdır. O, ilk dəfə bu ada 2017-ci ildə Qazaxıstanda keçirilmiş dünya çempionatında layiq görülüb. Səlahətin çempion titulları arasında dördqat Avropa və Qafqaz bölgəsi üzrə çempion titulları da var.
“Balakhani Operating Company LTD”nin əməkdaşı olan Səlahət Həsənov işlədiyi hasilat sahəsi ilə vurğunu olduğu idman növü arasında oxşarlıqlar gördüyünü bildirərək deyib: “İşlə birlikdə yarışlara hazırlaşmaq çətin olsa da, bunların hər ikisi mənim həyatımın bir parçasıdır. Kyokuşini mənə sevdirən də bu idman növünün sərt nizam-intizam tələb etməsi idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə