Ulduz futbolçu bu yolla şantaj edildi

Cənubi Koreyada iki nəfər “Tottenhem” klubunun futbolçusu Son Hın Minə qarşı şantaj cəhdində ittiham olunur. SİA xəbər verir ki, bu barədə KBS telekanalı məlumat yayıb.

Polis 20-30 yaşlarında bir qadını və 40 yaşdan yuxarı bir kişini həbs edib. Qadın futbolçudan hamilə olduğunu iddia edərək ondan pul tələb edib. Mart ayında futbolçunun ətrafına yaxınlaşan kişi də analoji addımı atıb. Son Hın Mina bildirilib ki, əgər pul ödəməsə, guya hamiləlik xəbəri ictimaiyyətə açıqlanacaq. 32 yaşlı futbolçu isə bu şəxsləri polisə şikayət edib.

Son Hın Min “Tottenhem”in heyətində 2024/25 mövsümündə yarımmüdafiəçi kimi 44 matçda 11 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə