Bakıda keçiriləcək mundial ilə əlaqədar Dənizkənarı Bulvar ərazisində “Fan Zona” təşkil olunub
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvar ərazisində “Fan Zona” təşkil olunub. SİA-nın məlumatına görə, burada müxtəlif atraksionlar və əyləncə bölmələri yaradılıb.
İlk olaraq zonanın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verilib.
“Fan Zona”da gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər, o cümlədən “Yaşat” fondunun nümayəndələri, şəhid övladları, minifutbol üzrə milli komandamızın üzvləri və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə