“Qalatasaray” Türkiyə Kubokunun qalibi olub

Futbol üzrə Türkiyə Kubokunun qalibi məlum olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, finalda “Trabzonspor” və “Qalatasaray” komandaları üz-üzə gəlib. Qaziantep şəhərində keçirilən görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "cim-bom" tarixində 19-cu dəfə bu titula sahib çıxıb.

Görüşü Cihan Aydın idarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə