...İspaniya La Liqasının 2024/2025 mövsümünün 35-ci turunun Kataloniya "Barselona"sı və "Real Madrid" komandalarının qarşılaşması başa çatıb.
Oyun Barselonadakı Olympic Lluís Companys stadionunda baş tutub.
Qarşılaşmanın baş hakimi Alexandro Hernandes olub.
SİA-nın məlumatına görə, qarşılaşma 4:3 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
...Beşinci dəqiqədə "Real Madrid"in hücumçusu Kilian Mbappe penaltidən hesabı açıb.
14-cü dəqiqədə Mbappe dubla imza atıb. İlk hissənin ortalarında meydan sahiblərinin müdafiəçisi Erik Qarsiya hesabdakı fərqi azaldıb.
32-ci dəqiqədə oyunda hesabı mavi-qranatlı cinah oyunçusu Lamin Yamal bərabərləşdirib.
34-cü dəqiqədə hücumçu Rafinya "Barselona"nı hesabda irəli çıxarıb.
İlk hissənin sonunda Rafinya matçda ikinci qolunu vurub.
70-ci dəqiqədə Mbappe "Real"ın 3-cü qolunu vuraraq het-trik edib.
La Liqanın 2024/25 mövsümünün turnir cədvəlinə 35 oyundan sonra 82 xalı olan "Barselona" başçılıq edir.
“Real Madrid” eyni sayda oyundan sonra 75 xalla ikinci yerdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB