Premyer Liqa: Açılış matçında “Sabah” “Şamaxı”ya qalib gəlib

Futbol üzrə Misli Premyer Liqasında XXXIV tura start verilib.

SIA xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sabah” “Şamaxı”nı qəbul edib.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində qolları 12 və 72-ci dəqiqələrdə İqor Noqeyra, 90+3-cü dəqiqədə Pavol Safranko vurub.

Qonaqlarda isə 26-cı dəqiqədə Leroy Mikels fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran “Sabah” beşinci, “Şamaxı” isə 36 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, XXXIV tura mayın 11-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə