Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni medalsız başa vurublar

Azərbaycanın qadın cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "Böyük Dəbilqə" turnirini medalsız başa vurublar. SİA xəbər verir ki, Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mükafat əldə edə bilməyiblər.

Qeyd edək ki, üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə