Amerikalı qrossmeyster Hans Niemann rusiyalı Danil Dubovla revanş görüşü keçirmək üçün Moskvaya gedəcəyini açıqlayıb. SİA xəbər verir ki, 21 yaşlı Hans bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Poliqraf keçdi, bütün cəbhələrdə keçdi. Heç lövhədə aldatmısınız? Xeyr. Hökm: doğrudur.
Düşünürəm ki, Dubovla revanşın vaxtı çatıb. İki həftədən sonra yenidən Moskvada olacağam” deyə Niemann yazıb.
Qeyd edək ki, aprelin əvvəlində şahmatçı Paris Qran Prisinin startına bir gün qalmış qəfildən yarışdan çəkilmişdi. Səbəb çox güman ki, təşkilatçıların saxtakarlıqla mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı xəbərdarlığı olub.
Bir neçə il əvvəl Hans Niemann Maqnus Karlsenlə bağlı qalmaqalın mərkəzində olmuşdu.
4 sentyabr 2022-ci ildə amerikalı Sinquefield Kubokunda norveçlini məğlub etdi. Daha sonra Karlsen rəqibini aldatmaqda günahlandırdı və turnirdən çıxdı. Niemann ədalətli oynadığını iddia etsə də, eyni zamanda daha əvvəl onlayn şahmatda saxtakarlığa yol verdiyini də etiraf etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə