Fici yığmasının və Fransanın “Kastr” klubunun reqbi oyunçusu Xosaya Raysuke 30 yaşında avtomobil qəzasında həlak olub. SİA xəbər verir ki, bu barədə "La Depeche" məlumat yayıb.
İdmançının olduğu avtomobil dəmiryolu keçidində qatarla toqquşub. Qatar maşını təxminən 200 metr sürüyüb və Raysuke hadisə yerindəcə həyatını itirib. Hadisədən bir neçə dəqiqə əvvəl o, faciənin baş verdiyi əraziyə yaxın olan klubun məşq mərkəzində olub.
"L'Equipe"-in məlumatına əsasən, Raysukenin komanda yoldaşları baş verənlər barədə məlumatlandırılıb və məşqdən azad olunublar. Şənbə günü “Kastr”in Milli Reqbi Liqası çərçivəsində “Klermon”u qəbul etməli olduğu görüşün təxirə salınması məsələsi müzakirə edilir.
Xatırladaq ki, Raysuke 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının reqbi turnirində Fici yığmasının heyətində gümüş medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə