“Gələcək planlarla bağlı bir fikrim yoxdur” - Voleybolçu DANIŞDI

""Vasas" klubunda 6 il çıxış etdikdən sonra ayrılmaq qərarına gəldim”. Bunu SİA-ya açıqlamasında qadınlardan ibarət voleybol millisinin üzvü Ayşən Əbdüləzimova deyib.

O bu müddətdə ərzində komanda ilə birlikdə bir çox uğurlar qazandığını dilə gətirib: “İstər Macarıstan çempionatında və kubokunda, istərsə də avrokuboklarda yaxşı nailiyyətlər əldə etdik. Deyə bilərəm ki, ən yüksək nəticələri məhz bu komandanın heyətində qazanmışam. Buradakı çıxışımın və uğurların ən yüksək səviyyəsinə çatdım. Ona görə də məhz indi klubdan ayrılmaq qərarına gəldim. Əlbəttə, bu qərar heç də asan olmadı, amma hər bir idmançının, voleybolçunun karyerasında dəyişikliklər olur və mənim də qərarım bu mövsümə təsadüf etdi. Gələcək planlarla bağlı hələ konkret bir fikrim, qərarım yoxdur. Çünki əvvəl də qeyd etmişdim ki, mövsüm kifayət qədər gərgin və sıx qrafiklə keçdi. Və bu uzun mövsümdən sonra həm müalicə olunmalıyam, həm də bir qədər istirahət edəcəyəm".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə