"Düşünürəm ki, Ulu Öndər Heydər Əliyevin dövründə idmana böyük qayğı olub. Gənclərdə idmana həvəs yaranıb. Onun dövründə gənc idmançılara da böyük qayğı və diqqət olunub. Bu gündə idmana eyni qayğı davam etdirilir". Bu sözləri SİA-ya açıqlamasında idman üzrə ekspert Ceyhun Sultanov deyib.
Onun sözlərinə görə, digər sahələrdə olduğu kimi idman sahəsində çox yaxşı siyasət yürüdülür. Cənab Prezident İlham Əliyev, Ulu Öndərimiz Heydər Əliyev də idmana böyük diqqət yetiriblər: "Düşünürəm ki, bu hal gənclərimiz üçün böyük bir motivasiyadır ki, idmana belə qayğı olan halda bütün gənclərimiz idmanla məşğul olmağa cəhd edir və görürlər ki, həyatını idmanla da qura bilərlər. Ulu Öndərin bütünlükdə qurduğu siyasət və idmanda qurduğu siyasət bu gündə Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasətlə eynidir. Minnətdaram ki, belə qayğı, belə yanaşma idmanımıza göstərilir. Ulu Öndər Heydər Əliyev sağlam cəmiyyətin formalaşmasında idmanın mühüm rolunu dəfələrlə vurğulayırdı. Onun rəhbərliyi ilə Azərbaycanda idman dövlət siyasətinin vacib sahələrindən birinə çevrildi, idman infrastrukturu yaradıldı və beynəlxalq yarışlarda iştirak üçün şərait formalaşdı.
Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək ölkəmizi regionun idman mərkəzinə çevirdi. Müasir idman obyektləri inşa edildi, Bakı 2015 Avropa Oyunları, 2017 İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi beynəlxalq tədbirlər uğurla keçirildi. İdmançılara göstərilən maddi və mənəvi dəstək onların motivasiyasını və beynəlxalq arenadakı uğurlarını artırdı".
Bütün xəbərlər Facebook səhifəmizdə