Avroliqa: "Fənərbağça"nın rəqibi bəlli olub

Basketbol üzrə Avroliqada pley-off mərhələsinin növbəti oyunu keçirilib. SİA xəbər verir ki, Türkiyə təmsilçisi "Anadolu Efes" seriyanın beşinci matçında səfərdə Yunanıstanın "Panatinaikos" komandasının qonağı olub. Görüş meydan sahiblərinin 75:67 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da seriyada 3:2 hesabı ilə qalib gələn "Panatinaikos" "dördlər finalı"na yüksəlib və "Fənərbağça"nın rəqibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə