Qvardiolanın karyerasında ən çətin rəqib

"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola indiyədək qarşılaşdığı ən güclü məşqçinin adını açıqlayıb. SİA xəbər verir ki, ispan mütəxəssisin sözlərinə görə, onun ən çətin rəqibi “Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp olub.

“Kloppun rəhbərlik etdiyi “Liverpul” məşqçilik karyeramın ən böyük sınağı idi. Həmişə başımı ağrıdırdı. Onun komandalarını necə dayandıracağımı anlamağa çalışaraq, məşqçilər korpusumla çox gün və gecə keçirdim. “Mən bunu etdim” deyə düşündüyüm vaxtlar olub və ertəsi gün məyus olmuşam. Kloppun rəhbərliyi altında qazandığımız üç və ya dörd liqa çempionluğu mənim ən böyük nailiyyətimdir. Mən heç vaxt ondan daha güclü rəqib görməmişəm”, – “Marca” Qvardiolanın sözlərini sitat gətirib

Bütün xəbərlər Facebook səhifəmizdə