Əfsanəvi sabiq futbolçu Ronaldo Nazario görüntüləri ilə gündəm olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, sərxoş vəziyyətdə kameralara tuş gəlib. Onun bu görüntüləri sahibi olduğu “Valyadolid” klubunun azarkeşləri tərəfindən tənqid olunub. Belə ki, azarkeşlər komandanın La Liqada “Barselona”ya uduzduğu matçdan sonra Ronaldonun bu halına qəzəbləniblər. Onlar bildirib ki, rəhbərlik klubun vəziyyəti ilə maraqlanmır.
Qeyd edək ki, 34 turdan sonra komandanın cəmi 16 xalı var və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Bununla da “Valyadolid” La Liqanı qalma şansını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə