Azərbaycan millisinin üzvü Macarıstan klubundan ayrılıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstanın "Vaşaş" komandasından ayrılıb.

SİA xəbər verir ki, bu barədə 32 yaşlı oyunçu sosial şəbəkə hesabında paylaşım edib. O, komanda ilə vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Ayşən Abduləzimova "Vaşaş"ın heyətində 5 dəfə Macarıstan çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə