"Şaxtyor" 1999/2000 mövsümündən bəri ilk dəfə UEFA Çempionlar Liqasında oynamayacaq
"Şaxtyor" 1999/2000 mövsümündən bəri ilk dəfə UEFA Çempionlar Liqasında oynamayacaq. SİA-nın məlumatına börə, bu, Ukrayna Premyer Liqasının XXVII turunda Kiyev “Dinamo”sunun “İnqulets” üzərində qələbəsindən (4:0) sonra müəyyənləşib.
Bu matçdan sonra "Mədənçilər"in gələn mövsüm sözügedən nüfuzlu turnirdə iştirak etməyəcəkləri dəqiqləşib. Yalnız ölkə çempionu olan komanda UEFA Çempionlar Liqasında Ukraynanı təmsil edəcək.
Qeyd edək ki, 57 xala malik “Şaxtyor” hazırda Ukrayna Premyer Liqasında üçüncü yerdədir. 15 qat Ukrayna çempionu olmuş komanda 2009-cu ildə UEFA kubokunun qalibi olub. 2011-ci ildə isə Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə