Premyer Liqa: XXXIII tura iki oyunla yekun vurulacaq

Misli Premyer Liqasında bu gün XXXIII tura iki oyunla yekun vurulacaq. SİA-nın məlumatına görə, əvvəlcə “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.

“Azərsun Arena”da baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Ötən tur çempionluğu rəsmiləşdirmiş “Qarabağ” hazırda 77 xalla turnir cədvəlinin ilk pilləsindədir. 8-ci yerdə olan “Sumqayıt”ın isə 30 xalı var.

Turun son matçı “Neftçi Arena”da “Neftçi” və “Kəpəz” komandaları arasında keçiriləcək. Rauf Cabarovun idarə edəcəyi görüş saat 20:00-da başlayacaq. “Neftçi” hazırda 36 xalla yeddinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

IV dövrə, XXXIII tur

4 may

18:00. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.

VAR: Nicat İsmayıllı.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Tofiq Bəhramov adına Respublika stadionu

20:00. “Neftçi” – “Kəpəz”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

“Neftçi Arena”

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0. “Araz-Naxçıvan” - “Sabah”, "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə