Misli Premyer Liqası: Günün hər iki oyunu eyni hesabla başa çatıb

Misli Premyer Liqasında XXXIII turun daha iki oyunu keçirilib.

SİA xəbər verir ki, hər iki qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

"Şamaxı" doğma meydanda autsayder "Səbail"lə, "Araz-Naxçıvan" isə "Sabah"la bərabərə qalıb.

Otuz üç turdan sonra Naxçıvan təmsilçisi 55 xalla 3-cü pillədə qərarlaşıb. Aktivində 40 xalı olan "Sabah" 5-cidir. Şamaxı klubu 36 xalla 6-cı, "Səbail" 22 xalla sonuncu - 10-cudur.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə