"Ölkəmə qızıl medalla qayıtdığıma görə çox xoşbəxtəm..."

Yarışa yaxşı hazırlaşmışdıq. Bunun nəticəsidir ki, ortaya çox yaxşı iş qoyduq.

SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun komanda yarışlarında qızıl medal qazanan Maqdalena Valkova deyib.

O, ölkəsinə medalla qayıdacağı üçün sevincli olduğunu bildirib: "Hisslərimi sözlərlə ifadə etmək çətindir. Çox xoşbəxtəm. Çıxış zamanı bir qədər həyəcan var idi. Amma səhvə yol vermədən istədiyimizi nümayiş etdirə bildik. Buraya çempionluq üçün gəlmişdik. Nəhayət, buna nail olduq".

Qeyd edək ki, 25 ölkədən 170-dən çox gimnastın iştirak etdiyi turnirə mayın 4-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə