Azərbaycan avarçəkənləri daha 7 medal qazanıb

Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirində daha 7 medal qazanıblar. SİA xəbər verir ki, bu gün yarış Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edir.

2009-2010 təvəllüdlü idmançılardan İvan Vorobyanski/Hüseyn Həsənov cütü 200 metr məsafəyə kayak yarışında gümüş, Vacib Babayev/Nuran Rəhimli cütü isə bürünc medal əldə edib.

2011-2012 təvəllüdlülərdən eyni növdə Əziz Əhmədli/Kamal Tağıyev cütü gümüş, Sənan Cəfərzadə/Tahir Mövsumov cütü isə bürünc medala sahib çıxıb.

2006-2007 təvəllüdlülərdən Nurlan Paşayev/Cahangir Məmmədli cütü akademik avarçəkmədə gümüş mükafat qazanıb.

2009-2010 təvəllüdlülərdən Əlimurad Hacızadə kayak növündə 1000 metr məsafəyə yarışda qızıl medalçı olub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçiləri 8 medala (3 gümüş, 5 bürünc) qazanıblar.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə