“Təşkilatçılıqdan tam razı qaldıq. Burada bizə kömək edən könüllülər var. Heç bir problem yaşamamışıq. Qardaş ölkədə olduğumuzu ürəkdən hiss edirik”. SİA xəbər verir ki, bu sözləri Türkiyə avarçəkmə yığmasının məşqçisi Uğur Sevər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasında jurnalistlərə açıqlamasında deyib.
Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən mütəxəssis xoş qarşılanmaya görə minnətdar olduğunu bildirib: "Qarabağ bölgəsini də ziyarət etmək fürsətimiz oldu. Suqovuşan və Köndələnçay ərazilərində çox gözəl tədbirlər təşkil olunmuşdu. Xüsusilə də yarışın açılış mərasimində çox əyləndik".
O, turnirdə güclü rəqabətin olduğunu vurğulayıb: "İdmançılar bir-birlərinə yaxın göstəricilərlə finiş xəttinə çatırlar. Bu yarış yığmamızın üzvləri üçün gözəl təcrübə olacaq".
Qeyd edək ki, reqataya bu gün yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə