“Yarış çox gərgin və çətin keçdi”.
SİA xəbər verir ki, bunu akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Nurlan Paşayev “Prezident kuboku 2025” beynəlxalq reqatasında jurnalistlərə açıqlamasında bildirib.
1500 metr məsafədək mübarizədə gümüş medal qazanan Paşayev vurğulayıb ki, yarışlara çox güclü şəkildə hazırlaşıb: “Gündəlik olaraq iki dəfə məşqlər edirdik. Tək nəfərlik akademik qayıqda mübarizə aparırdım. Yarışın sonunda ikinci yerə layiq görüldüm. Nəticəmə görə sevinirəm. Hər şeyə görə Gənclər və İdman nazirliyinə, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına minnətdarlığımı bildirirəm”.
Onun sözlərinə görə, yarışı birinci olaraq bitirə bilməməsinə səbəb rəqibinin daha ağır çəkili olmasıdır: “Bu idman növündə qayığı idarə edərkən çəki mühim önəm daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə