Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirinin ikinci günündə daha beş medal qazanıblar.
SİA-nın verdiyi məlumata görə, bu gün yarışlar Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edib.
2011-2012 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak yarışında Mustafa Vəlizadə bürünc mükafat qazanıb.
Eyni məsafəyə 2009-2010 təvəllüdlülərdən Əlimurad Hacızadə gümüş medala sahib çıxıb.
2011-2012 təvəllüdlü avarçəkənlərdən Mustafa Vəlizadə/Elmir Tarverdiyev cütü gümüş, Sənan Cəfərzadə/Tahir Mövsümov cütü bürünc mükafat əldə edib.
Nəhayət, 2006-2007 təvəllüdlülərdən Nurlan Paşayev akademik avarçəkmədə gümüş medal qazanıb.
Qeyd edək ki, turnir mayın 2-də başa çatacaq. Ötən Suqovuşandakı yarışda üç idmançımız mükafat əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə