Gənclər və idman naziri Fərid Qayıbov Yevlax və Mingəçevir şəhər sakinləri ilə görüşüb.
SİA xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Mingəçevir Gənclər Evində keçirilən tədbirdə vətəndaşları dinləyən Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə