“Yarışa yaxşı hazırlaşmışıq” - Baş məşqçi açıqladı

Nəticələrimizin yüksək olacağını əvvəlcədən proqnozlaşdırırdıq.

SİA xəbər verir ki, bunu Azərbaycan avarçəkmə millisinin kayak növü üzrə baş məşqçisi Mirnazim Cavadov deyib.

Mütəxəssis jurnalistlərə açıqlamasında yığmanın "Prezident Kuboku-2025" beynəlxalq reqatasındakı çıxışını dəyərləndirib:

"Yarışa yaxşı hazırlaşmışıq. Bunun nəticəsi olaraq turnirin ilk günü idmançılarımız 3 bürünc medal qazandılar. Bu gün də 1 gümüş və 1 bürünc medalı aktivimizə yazmağı bacardıq. Nəticələrimizin yüksək olacağını əvvəlcədən proqnozlaşdırırdıq. Əlimurad Hacızadədən bu gün qızıl medal gözləyirik. O, 1000 metr məsafəyə olan yarışda rəqiblərini üstələməyə çalışacaq".

Baş məşqçi uğurlarının davamını Avropa və dünya çempionatlarında gətirmək istədiklərini bildirib:

"Şübhəsiz ki, "Prezident Kuboku-2025"də qazanacağımız nəticələr bizim üçün önəmlidir. Mingəçevirdəki reqatada gücümüzü bir qədər də artırıb, dünya və Avropa çempionatlarına hazırlaşmaq istəyirik".

Qeyd edək ki, Azərbaycan idmançıları yarışın ilk iki günündə 1 gümüş və 4 bürünc medal qazanıblar.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə