İngiltərə Futbol Assosiasiyası (FA) transseksual qadınların qadın yarışlarında çıxışını rəsmən qadağan edəcək. SİA xəbər verir ki, qərar iyunun 1-dən qüvvəyə minəcək.
"Biz başa düşürük ki, bu qərar sadəcə olaraq cinsi kimliyinə uyğun olaraq futbol oynamaq istəyənlər üçün ağrılı ola bilər. Biz qeydiyyatdan keçmiş transseksual oyunçularla əlaqə saxlayaraq, oyunda gələcək iştirak üçün dəyişiklikləri və variantları izah edəcəyik", - təşkilatın bəyanatında deyilir.
Qeyd edək ki, Şotlandiya daha əvvəl oxşar qadağa tətbiq etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə