“Hər şey yaxşı düşünülüb” - Litviyalı baş məşqçi AÇIQLADI

“İlk dəfədir, gənclərdən ibarət komanda ilə Azərbaycana gəlmişəm”. SİA xəbər verir ki, bu sözləri avarçəkmə üzrə Litva millisinin baş məşqçisi Rimas Sukaçkas jurnalistlərə açıqlamasında deyib.

O təşkilatçılığı çox bəyəndiyini vurğulayıb: “Hər şey yaxşı düşünülüb. Bu qədər ölkənin iştirak etməsi maraqlıdır”.

Komandasının çıxışını dəyərləndirən baş məşqçi vurğulayıb ki, yarışa Litvanın 2-ci komandası ilə mübarizə aparırlar: “Onlar 1 aydır avarçəkirlər. Portuqaliya və Türkiyədəki turnirlərdə çıxış edən, nəticəsi olan əsas komanda Avropa çempionatına hazırlaşır. Buraya gəlməkdə əsas məqsədimiz, buradakı durumu izləmək və növbəti mövsümdə əsas komandanın hansı uğurlara imza ata biləcəyini görməkdir”.

Onun sözlərinə görə Azərbaycanda avarçəkməyə olan maraq yüksəkdir: “Ümid edirəm ki, hər növbəti ildə daha da inkişaf edəcək. Sizin millinin məşqçiləri ilə maraqlanmışam. Burada cəmi 2 əsas mərkəz var. Digərləri çox da peşəkar deyil. Amma ümumi götürsək, hər şey normaldır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə