“Prezident Kuboku-2025" beynəlxalq turnirinin açılış mərasimi keçirilib - FOTOLAR
Akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turnirinin açılış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbir Suqovuşanda baş tutub.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov, millət vəkili Elman Nəsirov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycanın Dövlət Himni səsləndiriləndən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Kaneo və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev hər kəsi salamlayaraq, idmançılara uğurlar arzulayıb: “Prezident kuboku-2025” beynəlxalq reqatamız ənənəvi olaraq yenə tarixi torpağımız olan Suqovuşanda baş tutdu. Yarışlarımız Mingəçevirdə keçiriləcək. Hər il reqatamızda iştirak etmək istəyən xarici ölkələrin sayı artır. İnanırıq ki, bu yarışda maraqlı nəticələrin şahidi olacayıq”.
Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana Azərbaycanda xüsusilə də Suqovuşanda keçirilən bu yarışda iştirak etdiyinə görə xoş hisslər keçirdiyini vurğulayıb: “Azərbaycan bu idman növünə olan möhtəşəmdir. İldən-ilə bu idman növü burada iştirak edir. Bütün bunlar bizi məmnun edir. Hər şey üçün xüsusi təşəkkürlərimi bildirirəm ki, bizi yüksək səviyyədə qarşıladılar. Bu yarış Avropa Kanoe Assosiasiyasının təqvim planına salınması planlaşdırılır”.
Gənclər və İdman naziri Fərid Qayıbov vurğulayıb ki, artıq 5-ci dəfə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası yarış təşkil edir: “Çox gözəl şərait yaradılıb ki, idmançılarımız iştiral etsin. Buna görə Federasiyaya xüsusi təşəkkürlərimizi bildirirəm. Növbəti “Prezident kuboku 2025” beynəlxalq reqatasını açıq elan edirəm”.
Qeyd edək ki, “Prezident kuboku 2025” beynəlxalq reqatada 20-dən çox ölkədən 200-dək idmançı öz gücünü sınayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə