Türkiyə Kuboku: “Qalatasaray” finala yüksəlib

Futbol üzrə Türkiyə Kubokunda ilk finalçı məlum olub.

SİA xəbər verir ki, yarımfinal oyununda "Konyaspor" və "Qalatasaray" komandaları üz-üzə gəliblər. Görüş İstanbul nəhənginin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "cim-bom" adını finala yazdırıb.

Yarımfinalın digər görüşündə "Trabzonspor" "Göztepe" ilə qarşılaşacaq. Matç aprelin 24-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə