Qvardiola bu komandanın oyununa heyran oldu

Pep Qvardiola “Mançester Siti”nin Premyer Liqada qalan oyunlarını finala bərabə qarşılaşmalar adlandırıb. SİA bildirir ki, aprelin 22-də “Siti” 34-cü turu çərçivəsində “Aston Villa” ilə qarşılaşacaq. “Bizim azarkeşlərimizə ehtiyacımız var, ümid edirəm ki, onlar bizə ilk dəqiqələrdən kömək edə bilərlər. Bəzən diqqətsiz oluruq, bəzən çox yaxşı oynamırıq, amma hazırda onlara ehtiyacımız var. Onların bizi dəstəkləmələrinə, səs-küy salmalarına və hər zaman orada olmalarına çox ehtiyacımız var, çünki bizim üçün bu, mütləq sondur. “Aston Villa”dan sonra “qurdlar”la oyunumuz var və bu da final olacaq. Sonra “Sautqempton” – hər oyun final sayılır. “Aston Villa” Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır və siz onların həm dostum Luis Enrike, həm də PSJ-yə qarşı oyunlarını gördünüz. Vay! Mən çox, çox təsirləndim. Onlar aşağı sürətlə və ya başqa cür oynaya bilərlər, lakin irəli getmək qərarına gəldikdə, silahlarından – sürət və standart vəziyyətdən məharətlə yararlanırlar ki, bununla da hər bir komandanın sonunu gətirə bilərlər”, – Qvardiola deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə