“Xilasedici” voleybol komandası bürünc medala sahib olub

Kişi voleybolçuların Yüksək Liqasında üçüncü yerin sahibi bəlli olub.

SİA xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində bürünc medal uğrunda “Xilasedici” və “Neftçi” arasında ikinci görüş keçirilib. Bu komandaların ilk qarşılaşmasında qalib gələn “Xilasedici” cavab oyununda da rəqibini məğlub edib. Bu dəfə 3:1 hesabı ilə qələbə qazanan kollektiv Yüksək Liqanın bürünc medalına sahib çıxıb. “Neftçi” komandası isə çempionatı dördüncü yerdə başa vurub.

Qeyd edək ki, “Xilasedici”nin oyunçularına medallar final günü baş tutacaq mükafatlandırma mərasimində təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə