Qadın voleybolçular arasında Yüksək Liqada ilk final oyunu keçirilib. SİA xəbər verir ki, “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan görüş “Abşeron”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında ikinci matç aprelin 24-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən məlum olacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə