Misli Premyer Liqasında XXXI tura yekun vurulub

Misli Premyer Liqasında XXXI tura yekun vurulub

Misli Premyer Liqasında XXXI tura yekun vurulub.

SİA xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub. "Şamaxı" "Kəpəz"lə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər qarşılaşması "Zirə" ilə "Sumqayıt" komandaları arasında oynanılıb. Bu matçda da ev sahibləri qələbəyə seviniblər - 3:1

Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Kimyaçılar" isə 29 xalla səkkizinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə