“Çelsi” klubu “River Pleyt” və Argentinanın U21 millisinin istedadlı yarımmüdafiəçisi Franko Mastantuononu transfer etmək istəyən klubların sırasına qoşulub. SİA xəbər verir ki, bu barədə “Sportskeeda” məlumat yayıb. Bildirilir ki, London təmsilçisi bu yay Mastantuonnonu almağa çalışacaq. 17 yaşlı yarımmüdafiəçinin müqaviləsinə 38,5 milyon funt-sterlinqlik sərbəst qalma maddəsi var. Bununla belə, transfer pəncərəsinin son 10 günündə məbləğ 43,5 milyon funt-sterlinqə yüksələcək. Mastantuono bu mövsüm bütün turnirlərdə “River Pleyt”in heyətində 11 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin müqaviləsi 2026-cı ilin sonuna qədərdir.
Qeyd edək ki, Madrid “Atletiko”su da argentinalı futbolçu ilə aktiv şəkildə maraqlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə