Samir Abasov: Fərdi səhvlər məğlubiyyətə səbəb oldu

"Qol imkanlarımız oldu. Təəssüf ki, yararlana bilmədik".

SİA xəbər verir ki, bu sözləri "Neftçi" komandasının baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XXXI turunda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, komandanın çox qol buraxması üzücü məqamdır: "Zədələr də bizə təsir edir. Derbidə qalib gəlmək vacib idi. Azarkeşlərimizi də başa düşürük. Əslində, oyuna yaxşı başlamışdıq. Fərdi səhvlər məğlubiyyətə səbəb oldu".

Mütəxəssis son oyunlarda heyətdə yer almayan Murad Məmmədova gələcək matçlarda şans verəcəyini deyib: "Yaxşı futbolçudur. Sadəcə, müəyyən dönəmdə eniş oldu. İndi öz üzərində işləyir. Biz ona inanırıq. İnşallah, yaxşı olacaq".

Çalışdırıcı avrokuboklara getməyə layiq olduqlarını söyləyib: "Mən gələndən sonra "Qarabağ"la yaxşı oyunumuz olub. Demək olmaz ki, biz Avropaya getməyə layiq deyilik. Ağdam klubu köklü komandadır. Onlara qarşı matçlar çətin keçir".

Bütün xəbərlər Facebook səhifəmizdə