Keçmiş UFC çempionu İlya Topuriya yüngül çəkidə kəmər sahibi İslam Mahaçevə mesaj göndərib. SİA xəbər verir ki, Topuriya bildirib ki, Maxaçev onunla döyüşdən qaça bilməyəcək. Bir müddət əvvəl İslam Topuriyanı layiqli rəqib hesab etmədiyini bildirmişdi. “Mən namizəd statusu uğrunda mübarizə aparmaq istəmirəm. İslamın mənimlə döyüşmək istəməməsi məni maraqlandırmır. Mənimlə görüşməli olacaq. Sən özün demişdin ki, çempionlar rəqibinin adına baxmır. Özünü çempion adlandırmaq və diviziona hakim olmaq istəyirsən. Mən buradayam! Məndən əbədi qaça bilməyəcəksən”, – Topuriya deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə