Ceyk Pol onunla döyüşəcək

Məşhur bloger və boksçu Ceyk Pol növbəti döyüşündə meksikalı kiçik Xulio Sezar Çaveslə döyüşəcək. SİA xəbər verir ki, bu barədə “The Ring” öz mənbələrinə istinadən məlumat yayıb. Döyüşün bu yay baş tutacağı bildirilir. Ümumilikdə Pol boks karyerası ərzində 12 döyüşdə iştirak edib, 11 qələbə qazanıb və bir məğlubiyyət alıb. Kiçik Çavesin 54 qələbə, 6 məğlubiyyət və bir heç-heçə seriyası var.

Qeyd edək ki, Polun hazırda 28, rəqibinin isə 39 yaşı var.

Bütün xəbərlər Facebook səhifəmizdə