Azərbaycan I Liqasında mart ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində martın ən yaxşı qolunun müəllifi olan Pablo Alveş mükafatlandırılıb. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
"İmişli" klubunun futbolçusuna mükafatı XXII turun "İmişli" - "Qəbələ" qarşılaşmasından əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə