Azərbaycan millisinin yunan-Roma güləşçisi Nihat Məmmədlinin (60 kq) SİA-ya müsahibəsini təqdim edirik:
- Slovakiyanın Bratislava şəhərində güləş üzrə Avropa çempionatında iştirak edərək ikinci dəfə Avropa çempionu olduz. Qələbənizi necə şərh edərdiniz?
- Əlbəttə çox qürurverici hisslər yaşadım. Öz sevincimdən əlavə yaxınlarıma və məni dəstəkləyənlərə bu sevinci yaşatdığım üçün çox xoşbəxtəm.
- Yarış necə keçdi?
- Yarış çox yüksək səviyyədə idi. Təşkilatçılıq çox yaxşı idi. İdmançının rahatlığı üçün hər şey düşünülmüşdür. Yarış zamanı bizim üçün təşkilatçılıq çox yüksək idi.
- Daha öncədən çempion olacağınıza ümid edirdiniz?
- Təbii ki, özümdən yüksək nəticə gözləyirdim. Yarışdan öncə verdiyim müsahibələrin hər birində də qeyd etmişdim ki, bütün rəqiblərimlə mübarizəyə hazıram. Bunu Avropa çempionatında da öz nəticəmlə göstərə bildiyim üçün çox qürurluyam.
- Bundan sonra qarşıda nə kimi planlarınız var?
- Əsas hədəfim sentyabr ayında Zaqrebdə keçiriləcək dünya çempionatına hazırlaşmaqdır. Bu yarışda da qızıl medal qazanmaq üçün əlimdən gələni edəcəm.
Bütün xəbərlər Facebook səhifəmizdə