Azərbaycan parabadmintonçusu Ayan Əliyeva "Fair Play" mükafatına layiq görülüb. Bu barədə SİA-ya Azərbaycan Batminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Mükafat ona Serbiyada keçirilmiş ISF U-15 Gimnaziada İdman Oyunlarında təqdim edilib.
A.Əliyeva turnirdə nümayiş etdirdiyi yüksək idman mədəniyyəti və ədalətli oyun prinsiplərinə sadiqliyinə görə təşkilatçılar tərəfindən "Ədalətli Oyun" nominasiyasında fərqləndirilib.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyası artıq üçüncü dəfədir ki, bu mükafata layiq görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə