Rəqibindən hakimə şikayət etdi

Fransada keçirilən tennis turnirində maraqlı hadisə baş verib. SİA xəbər verir ki, qarşılaşma zamanı britaniyalı tennisçi Harryet Dart rəqibi fransalı Lua Boyssondan gələn xoşagəlməz qoxudan hakimə şikayət edib. Bu barədə “BBC Sport” məlumat yayıb. Dart hakimdən rəqibini töhmət etməyi və ona gigiyena qaydalarına əməl etməyi, xüsusilə dezodorantdan istifadəni xatırlatmağı xahiş edib. Lakin onun şikayəti hakimlər kollegiyası tərəfindən cavabsız qalıb. Matçdan sonra Dart həmkarından üzr istəyib. “Bu gün meydanda dediklərimə görə üzr istəmək istəyirəm. Bu, peşman olduğum sərt reaksiya idi. Özümü bu cür aparmaq istəmirəm və bütün məsuliyyəti öz üzərimə götürürəm. Luaya və onun bugünkü çıxışına böyük hörmətim var. Bundan dərs çıxarıb irəliləyəcəyəm”, – deyə o, sosial media səhifəsində yazıb.

Qeyd edək ki, görüş Boyssonun inamlı qələbəsi ilə başa çatıb – 6:0, 6:3.

Bütün xəbərlər Facebook səhifəmizdə