Futbol üzrə Azərbaycan II Liqasında XXI turun “Şəmkir” – “Kür-Araz” oyununun stadionu dəyişdirilib. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, əlverişsiz hava şəraiti səbəbindən Şəmkir Olimpiya İdman Kompleksinin stadionu yararsız vəziyyətə düşüb.
Buna görə matç saat 18:00-da Tovuz şəhər stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə